İcra başçısı şəhid anasının yas mərasimində iştirak etdi
28 mart 2025 | 12:31
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Qızılhacılı qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidi Mehman Nazarovun anası Nazarova Frodya Məmməd qızının yas mərasimində iştirak etdi, şəhid ailəsinə başsağlığı verdi, ailənin sosial qayğıları ilə maraqlandı. Şəhid anasının yas mərasiminin təşkili məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən maddi köməklik göstərildi.