İcra Başçısı şəhid ailəsini evində ziyarət etdi.
24 noyabr 2022 | 10:07
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Zeyvə kəndində olarkən Vətən müharibəsi şəhidi Məhərrəmov Fuad İmaməddin oğlunun ailəsini evində ziyarət etdi, şəhidimizin valideynləri ilə görüşdü, ailənin sosial qayğıları ilə maraqlandı. Şəhid atasının müraciəti əsasında, müəyyən sosial problemlərin operativ həll edilməsi ilə bağlı, İcra Başçısı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi.