Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Şəfəq kəndində səyyar qəbul zamanı vətəndaşların ünvanladıqları müraciətləri yerində araşdırdı.

29 iyun 2023 | 10:51

Goranboy rayon  İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə,  təbii fəlakət zamanı selin yaratdığı   fəsadlarla bağlı, Şəfəq kəndinə mövcud vəziyyətlə yerində tanış oldu, kəndin ərazisindən keçən Qaraçay çayı yatağı boyunca yerləşən fərdi təsərrüfatlara baş çəkdi. İcra Başçısı, sel zamanı ətrafda yerləşən fərdi yaşayış evlərinə, həyatyanı  və əkin sahələrinə gələcəkdə ehtimal oluna biləcək təhlükələrin əvvəlcədən qarşısının alınması, arx və kanalların lildən təmizlənməsi və bu məqsədlə lazımi tədbirlərin görülməsi ilə bağlı, bir qrup kənd sakinlərinin də iştirakı ilə müzakirələr apardı. Qeyd olunan məsələlərlə bağlı, müvafiq tapşırıq və tövsiyyələr verildi.

 

 

Keçidlər