Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Qəbul şöbəsində vətəndaşlara göstərilən xidmətlərlə maraqlandı.

05 noyabr 2022 | 11:18

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə,  Dövlət Sosial Müdafiə Fondu-Publik Hüquqi Şəxsin  Gəncə-Daşkəsən Regional Filialının  Goranboy rayon Qəbul şöbəsində vətəndaşlara göstərilən xidmətlərlə yerində maraqlandı.

Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli  “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramının rayonda icra vəziyyəti, vətəndaşların müvafiq işlərlə təmin olunması,  ünvanlı dövlət sosial yardımı və əlillik dərəcələrinin müəyyən edilməsi, pensiya  təminatı ilə bağlı müraciətlərlə  maraqlanan İcra Başçısı, yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə vətəndaş müraciətlərinə və qəbullarına səmimi, obyektiv və operativ yanaşılması ilə bağlı tövsiyyələrini bildirdi.

Keçidlər