Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qaraçinar kənd tam orta məktəbində oldu

29 avqust 2022 | 15:52

44 Günlük Vətən Müharibəsi zamanı erməni silahlı birləşmələrinin atdığı artileriya atəşləri ilə əraziyə düşən mərmilərin partlaması nəticəsində Goranboy rayonunun bir neçə yaşayış məntəqəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə ziyan dəymişdir. Vətən Müharibəsindən Goranboy rayonun Qaraçinar kəndində məktəb binasına da ciddi ziyan dəymişdi. Bildiririk ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” na əsasən, Qaraçinar və Tap kənd tam orta məktəblərində əsaslı təmir-bərpa işləri aparılır.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  Qaraçinar kənd tam orta məktəbində yekunlaşdırılan  əsaslı təmir-bərpa işləri ilə yerində tanış oldu. Məktəbin yeni tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulub.

İcra Başçısı Vətən Müharibəsi Şəhidi Orucov Neymət Əkbər oğlunun atası və kənd ağsaqqaları ilə görüşdü, onların sosial qayğıları ilə maraqlandı.

Keçidlər