İcra başçısı növbəti dəfə Rus Borisi kəndində sakinləri narahat edən məsələləri yerində araşdırdı.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq mühafizə orqanlarının və digər aidiyyəti təşkilatların rəhbərləri ilə birgə bir qrup Rus Borisi kənd sakinlərini narahat edən məslələrlə bağlı onların müraciətlərini yerində araşdırdı.
Kənd sakini Kazantseva Anna İvanovna kənddə həm suvarma hə də içməli su çatışmazlığından və məktəb yolunda çayın üzərindəki körpüyə əvvələr paralel quraşdırılmış piyada keçidi üçün nəzərdə tutulmuş körpünün təmir olunmasını, Həsənova Vera Timofeyena isə yağış yağan zaman küçələrdən yığılaraq gələn suyun onun qızının həyətyanı torpaq sahəsindən keçdiyini nəzərə alaraq, suötürücü arxa dəmir boru salnmasını xahiş etmişlər.
İcra başçısı, vətəndaşların müraciətlərinin həll olunmasına köməklik göstərilməsi üçün aidyyəti qurumların rəhbərlərinə müvafiq tapşırılarını verdi