İcra Başçısı, Nazir və Deputat Goranboy rayon Olimpiya İdman Kompleksində oldu.
11 aprel 2023 | 13:56
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon Olimpiya İdman Kompleksində idmanın müxtəlif növlərinin, o cümlədən cüdo idmanının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış əlverişli şəraitlə yerində tanış oldular, idmançılarımızın məşqlərini izlədilər.