Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Goranboylu qalib idmançılar və onların məşqiçiləri ilə görüşdü.

28 dekabr 2022 | 12:04

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev yunan-roma güləşi üzrə Azərbaycan, Avropa və Dünya birinciliyinin qalibi, Qaradağlı kəndindən Cəfərov Həsrət Valeh oğlu və məşqçisi Bayramov Bayram Məhəmməd oğlu,  ağır atletika üzrə Azərbaycan və Avropa birinciliyinin qalibi, Balakürd kəndindən Rüstəmov İsa Aqil oğlu və məşqçisi Kazımov Sədrəddin Ələddin oğlu ilə görüşdü, onları qazandıqları uğurlara görə təbrik etdi. İdmançılarımıza RİH Başçısının Fəxri Fərmanları təqdim edildi.

 

Cəfərov Həsrət Valeh oğlu - Yunan-Roma güləşi üzrə, 02-04 iyul 2021-ci ildə Almaniya keçirilən Avropa birinciliyində  I yer,  16-22 avqust 2021-ci ildə Rusiyada keçirilən   Dünya çempionatında  I yer,  09-13 avqust 2022-ci ildə Turkiyədə keçirilən  V İslam Həmrəyliyi Oyunlarında   I yer  və  05-06 noyabr 2022-ci il - Dünya çempionatında I yerin qalibi olmuşdur.

 

Rüstəmov İsa Aqil oğlu - Ağır atletika üzrə,  08-10 aprel 2022-ci ildə keçirilən Azərbaycan çempionatında  67 kq çəki dərəcəsində 125+145=270 kq nəticə ilə  I yer və  15-25 oktyabr 2022-ci ildə Albaniyada keçirilən Avropa birinciliyində 131+162=293 nəticə ilə I yerin qalibi olmuş, ümumilikdə 3 qızıl medal qazanmışdır.

Keçidlər