Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Goranboy şəhərində təmir-bərpa işləri aparılan iki ədəd 2 mərtəbəli çoxmənzilli yaşayış binalarına baxış keçirdi

05 noyabr 2025 | 10:03

Goranboy rayon  İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin S.Vurgun küçəsində yerləşən iki ədəd 2 mərtəbəli çoxmənzilli yaşayış binalarında aparılan cari təmir-bərpa işləri ilə yerində tanış oldu. Hər iki binada dam örtüklərinin  dəyişdirilməsi, binaların fəsadlarının təmiri, rənglənməsi və binaların həyətlərində abadlıq işləri həyata keçirilir. Binalarda görülən işlərlə tanış olan İcra Başçısı, aparılan təmir-bərpa işləri, həmçinin gələcəkdə binanın kommunal təhcizatının yaxşılaşdırılması ilə bağlı  aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələrini bildirdi. Sonra həmin binaların bir qrup sakinləri ilə səmimi söhbət edən Məhərrəm Quliyev onların sosial qaygıları ilə maraqlandı.

Keçidlər