İcra başçısı cüdo üzrə beynəlxalq turnirin qalibi ilə görüşdü
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Polşa Respublikasının Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə qalib olan goranboylu idmançı Ayxan Abbaszadə ilə görüşüb. Görüş zamanı Məhərrəm Quliyev gənc idmançını qazandığı yüksək nailiyyət münasibətilə təbrik edərək, onun beynəlxalq turnirdə əldə etdiyi uğurun Goranboy rayonunda idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin və idmançılar üçün yaradılmış əlverişli şəraitin nəticəsi olduğunu bildirdi. Məhərrəm Quliyev idmançının qarşıdakı yarışlarda da uğurlu nəticələr qazanacağına əminliyini ifadə edərək, ona yeni nailiyyətlər arzuladı. Sonda beynəlxalq turnirin qalibi Ayxan Abbaszadəyə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olundu.








