Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı cənab Məhərrəm Quliyev Heydər Əliyev adına mədəniyyət və istirahət parkında son tamamlama işləri ilə tanış oldu.

16 iyun 2019 | 16:00

İcra Başçısı cənab Məhərrəm Quliyev 16 iyun 2019-cu il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işləri ilə tanış oldu. İcra başçısına məlumat verildi ki, parkda işlər  başa çatmaq üzrədir, 4200 kv.metrdən çox əraziyə  tomet düzülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkda yaşıllıq ərazilərinin suvarılması üçün suvarma sistemi qurularaq başa çatdırılmışdır. Parka yeni oturacaqlar yerləşdirilmişdir. Hazırda park ərazisində abadlıq və yaşıllaşdırma işləri yekunlaşmaq üzrədir.

 

Keçidlər