İcra Başçısı Balakürd kənd Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarlarını ziyarət etdi.
28 sentyabr 2022 | 11:32
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallarla birgə, Tap Qaraqoyunlu kəndindən Vəliyev Hidi Bəxtiyar oğlunun, Qızılhacılı qəsəbəsindən Qurbanov Fariz Məhəmməd oğlunun və Həsənov Elman Mehman oğlunun 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalmalarının 2-ci ildönümündə, Balakürd kənd Şəhidlər Xiyabanında məzarlarını ziyarət etdi. Şəhidlərimizin ruhlarına dualar edildi, əziz xatirələri ehtiramla anıldı.