İcra Başçısı Abbasqulular kəndində keçirilən səyyar qəbulda vətəndaşların qaldırdığı məsələlərlə yerində maraqlandı.
19 iyun 2023 | 10:44
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Abbasqulular kəndində keçirilən səyyar qəbulda vətəndaşlar tərəfindən qadırılan məsələnin araşdırılması və mövcud vəziyyətin öyrənilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərlə birgə, Abbasqulular kənd qəbirstanlığının yerləşdiyi ərazidə oldu. İcra Başçısı qəbirstanlıqda və ətrafında abadlıq işlərinin aparılması, qəbirstanlığa gedən yolun hamarlanması və su probleminin həlli ilə bağlı tapşırıq və tövsiyyələrini bildirdi.