Şriftin ölçüsü :

Saytın rəngi :

İcməli su sahəsində yaranmış problemlərlə bağlı Goranboy rayon icra hakimiyyətində müşavirə keçirildi.

04 iyul 2019 | 16:00

Goranboy rayon icra hakimiyyətində şəhərinin və digər yaşayış məntəqələrin içməli su su təminatı sahəsində yaranmış çətinliklərlə  bağllı 04 iyul 2019-cu il tarixdə müşavirə keçirildi.
Goranboy rayon  Icra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin  rəhbərliyi ilə keçirilən müşavirədə Goranboy şəhərinin icməli su kəmərinin normal fəaliyyətinin təmin edilməməsi, yağışlı havalarda şəhərə içməli suyun gün ərzində verilməməməsi əksər hallarda  bulanıq halda verilməsi, su xətlərində baş vermiş nasazlıqların operativ şəkildə aradan qaldırılmaması və nəticədə şəhərin küçələrinin asfalt örtüyünün sıradan çıxmasından, eyni zamanda Veyisli kəndi ərazisində məcburi köçkünlər üçün  salınmış qəsəbənin və Qaraçinar kəndində məskunlaşmış məcburi köçkünlərə icməli suyun verilməsində yaranmış problemlə bağlı məsələlər geniş müzakirə edildi. İcra başçısı cənab Məhərrəm Quliyev bu sahəyə məsul olan rəhbər işçilərə qısa müddətdə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi.

Keçidlər