Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısının 1-ci müavini Seymur Nazarovun rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə, “RİH Başçısının 1-ci müavini-etik müvəkkili tərəfindən peşəkarlıq və fərdi məsuliyyətin artırılması”, “mədəni davranış”, “əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi” və “koorrupsiyanın qarşısının alınması” mövzularında növbəti təlim kursu keçirildi. Həmçinin iclasda, vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aqrar sahədə aparılan mövsümi işlər, o cümlədən çiyid və tütün əkini, baramanın saxlanılması vəziyyəti, Goranboy şəhərində və Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işləri, bütün yaşayış məntəqələrində və yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.