Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işlərinə başlanılmışdır.
06 iyun 2019 | 04:15
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında genişləndirmə və yenidənqurma işlərinə başlanılmışdır.
Hazırda parkın ərazisində işıqlanma-suvarma sistemlərinin qurulması, abadlıq və yaşıllaşdırma işlərinin aparılması işlərinə başlanılmışdır. Yararsız hala düşmüş ərazilərə 3000 kv.metr əraziyə yeni tomet düzülmüşdür.
Heydər Əliyev parkında rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə bir sıra yeni layihələr həyata keçiriləcək. Parkda tikinti,abadlıq və yenidənqurma işləri aparılarkən memarlıq elementlərinin tətbiq edilməsinə xüsusi diqqət verilir.