Hacallı və Qarqucaq kəndlərini birləşdirən kənddaxili yola çınqıl-daş örtüyü verilərək hamarlama işləri aparılır.
11 mart 2024 | 12:36
Goranboy rayon İcra Hakimiyyəti başçısının Hacallı və Qarqucaq kəndlərində keçirilən səyyar qəbulu zamanı vətəndaşlar, iki kəndi birləşdirən kənddaxili yolun bərpa olunması ilə bağlı müraciət etmişdilər. Rayon İcra Hakimiyyətinin tövsiyyə və tapşırıqları əsasında, Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə tərəfindən 1200 məsafədə olan yolun bərpasına başlanılmış, yola çınqıl-daş örtüyü verilərək hamarlama işləri aparılır.