Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü külək Goranboyda fəsadlar yaratdı

26 may 2024 | 10:46

Goranboyda, 25.05.2024-cü il tarixində, axşam saatlarında əsən güclü gülək səbəbindən, rayonun 56 yaşayış məntəqəsi üzrə 19816 abonentin elektrik enerjisi və rabitə ilə təchizatında fasilələr yaranmış, 3 fərdi yaşayış evlərinin dam örtüyünə ziyan dəymişdir. Mövcud vəziyyətlə bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası operativ olaraq, ərazilərdə olmuş, elektrik enerjisi və rabitə təsərrüfatlarının bərpası, baş verə biləcək digər fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətlərində zəruri işlərə başlamışdır.Hazırda, Komissiya üzvləri aidiyyəti xidmət sahələri ilə birgə, rayon ərazisində monitorinqləri və əməli tədbirləri davam etdirir.

Keçidlər