Goranboyda İcra Başçısı operativ müşavirə keçirdi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, İcra Hakimiyyəti Başçısı Aparatı əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə növbəti operativ müşavirə keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, yerlərdə səyyar qəbulların lazımi səviyyədə təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, erkən nigahın qarşısının alınması məqsədi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun yerlərdə maarifləndirilmə-təbliğat işlərinin aparılması, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, bələdiyyə mülkiyyəti torpaqlarının qanunsuz istifadə hallarının müəyyən edilməsi və qanunamüvafiq tədbirlərin görülməsi, aqrar sahədə aparılan mövsümi işlər, o cümlədən çiyid və tütün əkini, baramanın saxlanılması vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı, bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.