Goranlı kəndində vətəndaş müraciəti əsasında, su kanalları lil və kol-kosdan təmizləndi
18 dekabr 2024 | 12:34
Rayon İcra Hakimiyyəti başçısının Goranlı kəndində keçirdiyi vətəndaşların səyyar qəbulu zamanı, kənd sakini Tağıyev Azdan Vəliyəddin oğlunun, kənd ərazisində yerləşən kanalların lildən və kol-kosdan təmizlənməsinə köməklik göstərilməsi barədə müraciəti əsasında, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən su kanalları lil və kol-kosdan təmizləndi.