Goranlı kəndində şəhid atasının və Vətən müharibəsi veteranının müraciətləri yerində araşdırıldı.
03 aprel 2024 | 11:06
Goranlı kəndində rayon İcra Hakimiyyəti tərəfindən Şəhid ailələri və müharibə iştirakçıları ilə keçirilən goruş zamanı, Şəhid atası İlqar Əliyev və Vətən muharibəsi veteranı Nahid Yolcuyevin, kəndə gələn sel arxının işlənməsi və elektrik sayğacı ilə bağlı müraciətləri əsasında, rayon İcra Hakimiyyətinin və aidiyyətı xidmət sahələrinin əməkdaşlarının birgə iştirakı ilə problemlər yerində araşdırıldı və həlli üçün zəruri işlərə başlanılması nəzarətə götürüldü.