Goranboyun Yəhərçi Qazaxlar kəndində Vətən Müharibəsi Şəhidimizin ailəsinin həyətində yel çərşənbəsi və 8 mart –Beynəlxalq Qadınlar Günü qeyd edildi.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə, Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə həkk olunmuş Şanlı Vətən müharibəsindən sonra ikinci dəfədir ki, Bayram tonqalları sevinclə qalanır, əsl bayram sevinci yaşanır.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, bir qrup Şəhid ailələrinin, Qazilərin, ictimai fəalların və kənd ictimaiyyətinin birgə iştirakı ilə Novruz bayramı ümumrayon tədbirləri şərçivəsində Yəhərçi-Qazaxlar kəndində Vətən Müharibəsi şəhidimiz Alıyev Laçın Rasim oğlunun ailəsinin yaşadığı evin həyətində Yel çərşənbəsi və 8 mart –Beynəlxalq Qadınlar Günü qeyd edildi, bayram tonqalı qalandı. Kənd sakinləri bu gözəlliyi bəxş edən Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza və Qazilərimizə dərin minnətdarlıqlarını, Şəhidlərimizin xatirəsinə böyük ehtiramlarını bildirdilər. Tədbirdə, 8 mart –Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid analarına və xanımlarına bayram hədiyyələri təqdim edildi.