Goranboyun Tap Qaraqoyunlu kəndində od çərşənbəsi təmtaraqla qeyd edildi.
Vaxtı ilə düşmənlə təmas xəttində yerləşən və demək olar ki, sakinlərinin hər gün erməni silahlı birləşmələrinin odlu atəşləri təhlükəsi altında yaşayan Tap Qaraqoyunlu kəndində, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə, Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə həkk olunmuş Şanlı Vətən müharibəsindən sonra ikinci dəfədir ki, Bayram tonqalı qalandı. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, xidmət sahələrinin rəhbərlərinin, bir qrup Şəhid ailələrinin, Qazilərin, ictimai fəalların, kənd ictimaiyyətinin və rayonun mədəniyyət-incəsənət nümayəndələrinin birgə iştirakı ilə Novruz bayramı ümumrayon tədbirləri şərçivəsində Tap Qaraqoyunlu kəndində Od çərşənbəsi qeyd olundu. 30 ildən sonra ilk dəfə olaraq, ötən il bu kənddə möhtəşəm Zəfər sevinci ilə yandırılan bu bayram tonqalı ikinci dəfə daha coşqu və sevinclə alovlandırıldı. Kənd sakinləri üçün yeni, azad və xoşbəxt həyatın başlanğıcı kimi bir xoş təəsürrat yaratdı və Tap Qaraqoyunlular bu gözəlliyi bəxş edən Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza, Qazilərimizə dərin minnətdarlıqlarını, Şəhidlərimizin də xatirəsinə böyük ehtiramlarını bildirdilər. Mədəniyyət və İncəsənət nümayəndələrinin təqdimatında bayram konserti, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan maddi-mədəniyyət nümunələri nümayiş etdirildi.