Goranboyun dağ kəndlərində taxıl biçini davam etdirilir
21 iyul 2025 | 10:28
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, Erkeç kəndində aparılan taxıl biçini ilə yerində tanış oldu. İcra başçısı biçilmiş taxıl zəmilərində aqrotexniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirdi.








