Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyu təmsil edən idmançı final yarışından medalla qayıdıb

16 sentyabr 2025 | 09:49

Goranboy rayon İcra hakimiyətinin başçısı Məhərrəm Quliyev,  Bakı Su İdmanı Sarayında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin 30-34 yaş qruplarından olan idmançılarının iştirakı ilə keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində gümüş medal qazanan həmyerlimiz Nicat Qasımovla görüşdü. İcra Başçısı idmançımızı qazandığı uğur münasibəti ilə təbrik etdi və ona rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanını təqdim etdi. Qasımov Nicat Arif oğlu - 1992-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində  anadan olub və hal hazırda orada yaşayır.

Keçidlər