Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboylular Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla andılar

13 dekabr 2021 | 07:00

Azərbaycan xalqının böyük oğlu, Ümumilli liderimiz, Dahi Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin Anım Günü Goranboy rayonunda ehtiramla qeyd edildi. Anım tədbirində Goranboy rayon İcra Hakimiyyəti başçısı, rayonun idarə-təşkilat rəhbərləri, Şəhid ailələri, Qazilər, hərbiçilərimiz, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Anım mərasiminin iştirakçıları tərəfindən Ümummilli Liderin abidəsi önünə tər gül dəstələri qoyularaq Dahi Şəxsiyyətə böyük ehtiram nümayiş etdirildi. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev və digər natiqlər müasir Azərbaycan dövlətinin qurucusu  ümummilli  lider Heydər Əliyevin xalqına həsr etdiyi çoxşaxəli və mənalı həyat və dövlət idarəçiliyi fəaliyyətinə nəzər saldılar.

 

Keçidlər