Goranboylular bu gün Şəhid Həmzəyev Əfqan Bəhmən oğlu ilə vidalaşdı.
16 oktyabr 2021 | 09:30
Goranboy rayonunun Borsunlu kəndindən, 2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmış, 28.08.2002-ci il təvəllüdlü, əsgər Həmzəyev Əfqan Bəhmən oğlu 14.10.2021-ci il tarixdə Ağdam rayonu istiqamətində, düşmənin snayper atəşi ilə, Şəhid olmuşdur. Şəhidimiz bu gün doğulub böyüdüyü Borsunlu kənd qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhidimizin döyüş yoldaşları və xidmət etdiyi hərbi hissənin hərbiçiləri, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.