Goranboylu uşaqlar Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak etmişdir
Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilmişdir. Formda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirdikdən sonra uşaqlar adından cənab Prezident üçün hazırlanan, “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu yekununu təcəssüm etdirən hədiyyə təqdim edilib. Formda aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edib. Rayonumuzu 2 nəfər şagird; Goranboy şəhər 3 nömrəli tam orta məktəbdən Nihat Əliyev və Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdən Flora Nazarova təmsil etmişdir.