Goranboylu şəhid və qazi atasının müalicəsi rayon İcra Hakimiyyətinin diqqətindədir.
Goranboy rayonunun Goranlı kəndindən Vətən Müharibəsi şəhidi İxtiyar İlqaroğlu və qazi Bəxtiyar İlqaroğlunun atası İlqar Əliyev, səhhətində yaranmış problemlə bağlı, rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə dərhal rayon Mərkəzi Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilmiş və sonra müalicəsinin davam etdirilməsi məqsədi ilə Bakı şəhərində Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdir. Hazırda İlqar Əliyevin səhhəti normaldır və müalicəsi rayon İcra Hakimiyyətinin diqqətində saxlanılır. Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları İlqar Əliyevi Respublika Klinik Xəstəxanasında bir daha ziyarət etdilər, səhhəti və müalicəsi ilə yaxından maraqlandılar.