Goranboylu məktəblilər zona bilik yarışının qalibi oldular.
07 noyabr 2024 | 11:34
“8 Noyabr-Zəfər Günü” ilə bağlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların bilik və bacarıqlarının, liderlik qabiliyyətlərinin, milli-mənəvi dəyərlərinin və intellekt səviyyələrinin artırılması məqsədilə 6 noyabr 2024-cü il tarixdə Mingəçevir şəhərində, Mingəçevir və Yevlax şəhərləri, Goranboy, Ağdaş, Göyçay və Oğuz rayonlarının 9-11-ci sinif şagirdləri arasında “Zəfər yolu” adlı intellektual yarış keçirilib. 6 turdan ibarət yarışda Goranboy rayonunu təmsil edən komanda birinci yerə layiq görülmüşdür.