Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboylu məktəblilər respublika fənn olimpiadasında medallara layiq görülüblər.

09 may 2024 | 09:45

Tarix fənni üzrə respublika fənn olimpiadasında,   Goranboy rayon Kəhrizli kənd tam orta məktəbin VIII sinif şagirdi Paşayeva Fazilə Ceyhun qızı 1-ci yerin qalibi olaraq qızıl medala və  Qırıxlı kənd tam orta məktəbin VIII sinif şagirdi Tağızadə Ruzi Samir oğlu isə 3-cü yer tutaraq bürünc medala layiq görülmüşlər. Bu münasibətlə, Goranboy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev qalib şagirdlərimizlə,  onların valideynləri və müəllimləri ilə görüşdü, nailiyyətləri ilə bağlı təbrik edərək şagirdlərimizə RİH Başçısının Fəxri Fərman və qiymətli hədiyyələrini təqdim etdi.

Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq !

 

Keçidlər