Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboylu idmançımız bürünc medal qazandı.

18 may 2024 | 09:27

9-12 may 2024-cil tarixlərində Serbiyada keçirlən gənclər və yeniyetmələr arasında sambo üzrə Avropa  çempionatında Goranboy UGİM-in yetirməsi, Goranboy Olimpiya İdman Kompleksinin sambo üzrə məşqçi-müəllimi, Göyüşov Pünhan Əli oğlu Milli Yığma Komandanın tərkibində,  79 kq çəki dərəcəsində  bürünc medal qazanıb. Bu münasibətlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev qalib idmançımız və digər əlaqədar şəxslərlə  görüşdü, qalibi və idmanın inkişafı sahəsində xidmətləri  olan məsul şəxsləri  rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif etdi, gələcəkdə daha böyük nailiyyətlər arzuladı.

Keçidlər