Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboylu güləşçi 2 qat Avropa çempionu oldu.

15 fevral 2024 | 11:22

67 kq çəkidə mübarizə aparan Goranboylu yunan-Roma güləşçimiz Həsrət Cəfərov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finalda rusiyalı Ruslan Biçurinə 8:5 hesabıyla qalib gələrək 2 qat Avropa çempionu oldu. Həsrət Cəfərov  finala gedən mərhələlərdə: serbiyalı Sebastyan Naddanı- 6:1, bolqarıstanlı Abu Muslim Amayevi-13:4  və  norveçli Morten Toreseni- 7:1 hesabıyla məğlub edib. Həmyerlimizi təbrik edir, gələcək idman fəaliyyətində uğurlar arzu edirik.

 

Keçidlər