Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq qəzetində "Goranboydan Türkiyəyə fərdi yașayıș evləri göndəriləcək " başlıqlı məqalə dərc edildi.

13 fevral 2023 | 10:01

Goranboyluların qardaş Türkiyəyə göndərəcəkləri humanitar
yardım öz qeyri-adiliyinə görə seçilir. Hazırda rayonda müxtəlif
məişət şəraiti olan və hər birində 12 nəfərin yaşaya biləcəyi
müasir modul tipli 5 ədəd fərdi yaşayış evləri hazırlanır. Rayon
icra hakimiyyətinin “Container Baku” şirkəti arasında bağladığı
müqavilə əsasında hazırlanan həmin evlər fevralın 14-də
Kahramanmaraşa göndəriləcəkdir.
Rayon İcra hakimiyyətinin başçısı hazırlanan modul tipli evlərlə yerində tanış olmuş, işin gedişi ilə maraqlanmış, öz
tövsiyələrini vermişdir.
Qeyd edək ki, rayonda bütün dövlət qurumları, xidmət
sahələri, özəl sektor və sadə goranboylular maddi, ərzaq,
dərman, geyim ləvazimatları və digər yardımlarla öz qardaşlarına dəstək olmağa çalışırlar.


Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər