Goranboyda “Zəfərimiz – sağlam gələcəyimizin qürur mənbəyidir” adlı konfrans keçirildi
07 noyabr 2026 | 16:05
Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon Mərkəzi Xəstəxanasında 8 noyabr Zəfər Günü”nə həsr olunmuş «Zəfərimiz – sağlam gələcəyimizin qürur mənbəyidir» adlı konfrans keçirildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, xalqımızın milli birliyindən, qəhrəmanlıq və vətənpərvərlik nümunələrindən bəhs olunan konfransda çıxış edənlər, qazanılan Zəfərin gələcək nəsillərə sağlam, təhlükəsiz və firavan həyatın təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırdılar.








