Goranboyda, “Zəfərə aparan yol” movzusunda konfrans keçirildi.
2023-cü il-Heydər Əliyev ili” ilə bağlı silsilə ümumrayon tədbirləri çərçivəsində, Goranboy rayonu Heydər Əliyev Mərkəzində, “Zəfərə gedən yol” movzusunda konfrans keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin fəalları iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə geniş məzmunlu çıxış edən İcra Başçısı, 1993-cü ildə xalqımızın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızı bəlalardan xilas etdiyini, müasir dövlətçiliyimizin və bugünkü inkişafımızın əsasını qoyduğunu, Ümumilli Liderin siyasi varisi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son 20 il, 2003-2023-cü illər ərzində apardığı məqsədyönlü və uğurlu hərtərəfli siyasəti və qətiyyəti nəticəsində bu gün Azərbaycan dövlətinin regionun lider ölkəsinə çevrildiyini bildirdi. Məhərrəm Quliyev xüsusi ilə qeyd etdi ki, məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-2023-cü illər ərzində, Rəşadətli Ordumuz tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü, süverenliyi tam təmin edildi. İndi artıq hər qarış torpağımızda Şanlı Dövlət Bayrağımız dalğalanır. Cənab Prezidentin həyata keçirdiyi böyük layihələrin əməli nəticəsidir ki, bu gün Azərbaycan regionda sülhü və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilib