Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Zəfər Günü"nə həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram!” devizi altında keçirilmiş poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qaliblərinin təltif olunma mərasimi keçirildi.

21 oktyabr 2022 | 11:05

Goranboy rayon Gənclər və İdman İdarəsində "Zəfər Günü"nə həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram!” devizi altında keçirilmiş poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qaliblərinin təltif olunma mərasimi keçirildi.  406 xalla Səmədabad komandası-I yer, 405 xalla Qaramusalı komandası-II yer, 352 xalla Borsunlu komandalası-III yer fəxri fərmanları ilə mükafatlandırıldı.  Daha sonra və hər bir mərhələ üzrə ən yüksək nəticə göstərmiş 4 nəfər idmançılar: 100 metr məsafəni 12.99 saniyəyə qət edən Səmədabad kənd tam orta məktəbin şagirdi Əsədov Röyal Ramil oğlu,  Turnikdə dartınma mərhələsində 20 dəfə dartınan Borsunlu 1 saylı kənd tam orta məktəbin şagirdi Pənahov Elcan Nəsib oğlu və Dəyirmanlar kənd tam orta məktəbin şagirdi Talıbov Vaqif Rəşad oğlu,   Qumbara atıcılığında 52 metr məsafəyə təlim qumbarasını atan Muzdurlar kənd tam orta məktəbin şagirdi Sadıqov Fərid Əfqan oğlu idarənin diplomları ilə təltif olundu. Rayon mərhələsinin qalibi Səmədabad kənd tam orta məktəbin komandası zona yarışlarında rayonumuzu təmsil edəcəkdir.

Keçidlər