Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Zəfər Günü"nə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyinə start verildi.

02 noyabr 2023 | 10:50

Goranboy rayon Icra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Goranboy rayon Şahmat Məktəbində "Zəfər Günü"nə həsr  olunmuş Şahmat idman növü üzrə  rayon birinciliyinin açılış mərasimi keçirildi. 4 yaş qrupu üzrə oğlan, 2 yaş qrupu üzrə qızların iştirakı ilə start verilmiş rayon birinciliyinin 07 noyabr 2023-cü il tarixinədək davam edəcəyi nəzərdə tutulmuşdur.

Keçidlər