Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Zəfər Günü"nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual bilik yarışı keçirildi.

05 noyabr 2022 | 11:12

Goranboy rayon İcra Hakimiyyətinin "Zəfər Günü" ilə bağlı  Tədbir planına uyğun olaraq,   rayon Gənclər və İdman idarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru və Gənclərin İnkişafı Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə, rayonun ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdlərindən ibarət komandaları arasında "Zəfər Kuboku" devizi altında  Nə? Harada? Nə zaman?  intellektual bilik yarışması üzrə rayon birinciliyi keçirildi. Bilik yarışında ümumilikdə 17 komanda olmaqla 85 nəfər məktəbli  iştirak etdi.  Yarışın yekun nəticəsinə əsasən, Fəxralı kənd tam orta məktəbinin Zəngəzur komandası 1-ci yerin qalibi oldular.

Keçidlər