Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda yüksək balla ali məktəblərə daxil olan məzunlarla görüş keçirilmişdir

13 sentyabr 2022 | 11:59

Goranboy Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan gənclərlə və nailiyyətləri ilə fərqlənən  qabaqcıl müəllimlərlə görüş keçirilmişdir.
Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək müəllimləri və tələbə adını almış məzunları təbrik etmiş, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycan təhsilinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşasının və ya əsaslı təmir-bərpa işlərinin aparıldığını,  ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsini, müəllim və tələbələrin sosial təminatlarının daha da yaxşılaşdırılması istiqamətlərində işlərin həyata keçirildiyini qeyd etmişdir.
Görüşdə o da vurğulanmışdır ki, son illər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Goranboyda da bir neçə məktəb binası tikilmiş, eləcə də əsaslı şəkildə təmir edilmişdir. Buna misal olaraq 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli məktəbi misal göstərmək olar. Hazırda  960 şagird yerlik Dəliməmmədli  şəhər tam orta məktəbinin tikintisi, Qaraçinar və Tap kənd tam orta məktəblərinin əsaslı təmiri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda isə Qızılhacılı qəsəbə 1 nömrəli və Səfikürd kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
Tədbirin sonunda  29 nəfər qabaqcıl  müəllim,  3 nəfər 600-dən çox və 12 nəfər 500-dən çox bal toplayan gəncə,  227 əlaçı şagird və 1 nəfər 1-ci sinfə qədəm qoyan şəhid övladına   müxtəlif  qiymətli hədiyyələr təqdim olunmuşdur.

S.ƏLİYEV,
"Azərbaycan"

Keçidlər