Goranboyda yolkənarı ərazilərin abadlaşdırılması məqsədi ilə ağac əkini işləri həyata keçirilir.
18 oktyabr 2024 | 12:10
Goranboy rayonununda yolkənarı ərazilərin abadlaşdırılması və obyektlərdə müasir arxitektur üslubda təmir-bərpa işlərinin aparılması ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən əməli tədbirlər davam etdirilir. Bu məqsədlə, bütün yolboyu ərazilərdə ağac əkini ilə bağlı bütün hazırlıq işləri başa çatdırılmış, artıq genişmiqyaslı ağac əkini prossesi həyata keçirilir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, aparılan işlərlə bir daha yerində tanış oldu, ağacəkmə aksiyasında yaxından iştirak etdi.