Goranboyda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili rayon İcra Hakimiyyətinin diqqətindədir
Goranboy rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulu zamanı, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə vaxtı ilə istifadə olunmuş və sonradan yayarsız vəziyyətə düşmüş kənd idman meydançasının bərpa edilməsi ilə bağlı sakinlərin müraciətləri əsasında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları yerli bələdiyyə və kənd sakinləri ilə birgə yerində araşdırma aparmışlar. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyənin dəstəyi ilə idman meydançasında bərpa işləri aparılmış və istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bununla bağlı Kəhrizli kəndində oldu. Kənd ictimaiyyətinin nümayəndələri, o cümlədən bir qrup yeniyetmə və gənclərlə görüşən İcra Başçısı, kəndin həlli vacib mövcud sosial problemləri ilə yerində maraqlandı, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə kənddə idman infrastrukturunun yaxşılaşdırılması və genişləndirilməsi ilə bağlı söhbətlər aparıldı. İdman Meydançasında gələcəkdə əlavə əsaslı işlərin görülməsi, xüsusən gecə işıqlandırılmasının qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini bildirən Məhərrəm Quliyev, kənd futbol komandasının oyununu izlədi, sonda xatirə fotosu çəkildi.