Goranboyda, yeni layihə əsasında müasir üslubda Suvarma Sistemləri İdarəsinin inzibatı binası inşa edilir.
Goranboy şəhərində, Azərbaycan Su Ehtiyatları Agentliyinin Goranboy rayonu Suvarma Sistemləri İdarəsinin yeni layihə əsasında, müasir üslubda inzibatı binası inşa edilir. Binada müasir tələblərə cavab verəcək isitmə, soyutma və havalandırma sistemləri qurlaşdırılır, binanın fasadı və daxili otaqları şüşə konstruksiya üslubunda inşa olunur. Binanın girişində, tavan hissəsində Azərbaycanın xəritəsi yerləşdirilmişdir. Binanın ətrafında 2 hektar sahədə parkın salınması, açıq havada melorasiyaya və su təsərrüfatına aid muzeyin yaradılması və Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərinə aid eksponatların və tarixi şəxsiyyətlərin heykəllərinin qoyulması nəzərdə tutulub. Yeni salınacaq müasir parkda vətəndaşların mədəni istirahəti üçün əlverişli şərait yaradılacaq. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görülən işlərlə yerində tanış oldu.