Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda yeni inşa edilmiş çoxmənzilli yaşayış binasının mənzillərinin püşkatma yolu ilə bölgüsü aparıldı

03 sentyabr 2026 | 17:27

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı, Goranboy rayon Dəliməmmədli şəhərinin Tofiq Əkbəri 18 ünvanında inşa edilmiş 1 ədəd 4 mərtəbəli 16 mənzilli yaşayış binasının mənzillərinin püşkatma yolu ilə bölüşdürülməsi məqsədilə rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri və rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərindən ibarət müvafiq Komissiyanın və vətəndaşların birgə iştirakı ilə mənzillərin bölgüsü aparıldı. Püşkatmaya uyğun olaraq, mənzillərin sahibləri müəyyənləşdirildi və bununla bağlı müvafiq akt tərtib edildi.

Keçidlər