Goranboyda, Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibəti ilə tədbir keçirildi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibəti ilə Goranboy rayonunda, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda keçirilən tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Bədəl Bədəlov, YAP rayon təşkilatının sədri, bir qrup partiya fəalları, şəhid ailələri, qazilər, ağsaqqallar və gənclər iştirak etdilər. Tədbir iştirakçıları öncə, Yeni Azərbaycan Partiyasının və Müasir Azərbaycan Dövlətinin qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Goranboy şəhərində yerləşən “Gülüstan” şadlıq sarayında davam etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Ümummilli Liderimiz tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi mürəkkəb siyasi mübarizələrdən danışdı, Partiyanın ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadığını və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurguladı. Tədbirdə, bir qrup partiya üzvlərinə Partiyanın vəsiqələri və Fəxri Fəmanlar təqdim edildi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımovanın, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm qrupunun və rayon Mədəniyyət Evinin incəsənət ustalarının ifalarında musiqi proqramı nümayiş etdirildi.