Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ilinə həsr olunmuş tədbir keçirildi.

16 noyabr 2022 | 16:41

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xatirə kompleksini ziyarət ediblər.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Goranboy şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsindən Milli məclisin deputatı Ağalar Vəliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi aparatının idarə heyyətinin üzvü Amin İsmayılov və YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atdığını, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini diqqətə çatdırıb. YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyi qeyd edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yolun, əldə etdiyi nailiyyətlərin böyük quruculuq salnaməsi olduğunu diqqətə çatdırdı. İcra başçısı  vurğuladı ki, xalq sürətlə inkişaf edən müstəqil dövlətimizi böyük əzmlə Vətənin mənafeyi naminə  uğurlu inkişafa aparan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Buna ən bariz nümunə isə dünya hərb tarixinə qızıl hərflərlə yazılan, 44 günlük Vətən müharibəsi zamanı xalqın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi və qazanılan ŞanlıTarixi Qələbədən danışdı.

97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsindən Milli məclisin deputatı Ağalar Vəliyev çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyası Vətənin, dövlətin son dərəcə ən ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Yeni Azərbaycan Partiyası sübut edib ki, sağlam təməllər üzərində qurulmuş demokratik prinsiplərə söykənən partiyadır.

 

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Keçidlər