Goranboyda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən məsələlərlə bağlı gənclərlə görüş keçirildi
Goranboy rayon İcra Hakimiyyətinin iştirakı, Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı gənclərlə görüş keçirildi. Tədbirdə çıxış edən natiqlər VIII Qurultayda səsləndirilən fikir və çağırışların gənclər arasında geniş təbliğinin, milli-mənəvi dəyərlərimizin qorunmasının və dövlətçilik ideyalarının gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulayaraq, milli dəyərlərimizə bağlılıq, dövlətçiliyimizə sədaqət və milli həmrəyliyimizin gələcəyimizin möhkəm təməli olduğunu diqqətə çatdırdılar.








