Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü ilə bağlı, “Yeni Azərbaycan Partiyası – Zəfər Partiyası” adlı tədbir keçirildi

20 noyabr 2025 | 15:46

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Mərkəzi Aparatın Gəncə-Daşkəsən İqtisadi Zonası üzrə kuratoru Araz Salmanov, partiyanın rayon təşkilatının sədri Samir Qocayev, bir qrup partiya fəalları, ziyalılar və gənclər iştirak etdilər. Tədbir iştirakçıları öncə, Partiyanın qurucusu, Ümumilli Lider  Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Partiyanın Goranboy rayon təşkilatının inzibati binasında davam etdirildi, Yeni Azərbaycan Partiyasının təsis edilməsininə həsr olunmuş videoçarx izlənildi, Partiyanın  yaradılması, fəaliyyəti və naliyyətləri barədə çıxışlar dinlənildi. Tədbirin sonunda yubiley yaşı tamam olmuş partiya veteranlarına Fəxri Fərman və qiymətli hədiyyələr, Partiyaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olundu.

Keçidlər