Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq” adlı ağsaqqallarla gənclərin birgə dəyirmi masası təşkil olundu.

30 oktyabr 2024 | 14:27

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasının akt zalında, “Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq” adlı ağsaqqallarla  gənclərin birgə dəyirmi masası təşkil olundu. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatını rəhbəri, rayon Ağsaqqallar  şurasının sədri və idarə heyətinin üzvləri, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin Goranboy rayonu üzrə Gənclər və İdman sektorunun, rayon Gənclər Evinin və rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, bir qrup ictimai fəal qazilərimiz və gənclərimiz iştirak etdilər. Tədbirdə öncə, Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri  1 dəqiqəlik sükutla yad edildi,  Ümummilli Liderimizin  ağsaqqallar və gənclərə olan qayğısını, bu istiqamətdə dövlət siyasətini özündə əks etdirən videoçarx nümayiş etdirildi. Ümummilli Liderimizin daim ağsaqqallara və gənclərə göstərdiyi diqqət və qayğı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət siyasəti barədə geniş nitq söyləyən İcra Başçısı Məhərrəm Quliyev, bu dövlət siyasətinin rayonumuzda da uğurla və səmərəli  təbliğ olunduğunu bildirdi. Ağsaqqallarımız və gənclərimizin qarşılıqlı fikir mübadiləsi ilə səmimi dialoq çərçivəsində  keçirilən tədbirdə, ağsaqqallarımız gənclərimizi maraqlandıran müxtəlif məzmunlu sualları cavablandırdılar. Tədbir iştirakçıları bu cür görüşlərin müntəzəm keçirilməsinin əhəməyyətini vurğuladılar. Sonda xatirə fotosu çəkildi.

Keçidlər