Goranboyda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl enerji" mövzusunda maarifləndirici seminar keçirildi.
18 oktyabr 2024 | 16:54
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə Goranboy Gənclər Evinin akt zalında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Yaşıl enerji" mövzusunda maarifləndirici seminar keçirildi. Tədbirdə, Azərbaycanda bərpa olunan enerji mənbələri, yaşıl enerji, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjidən istifadənin genişləndirilməsinə dair ətraflı məlumatlar gənclərin diqqətinə çatdırıldı, gəncləri maraqlandıran suallar cavablandırıldı.